Yataqların talan edilməsində tək Ermənistan iştirak etməyib

21 Yanvar, 14:42

Qarabağda faydalı qazıntı yataqlarının talan edilməsində tək Ermənistan iştirak etməyib.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, sərvətlərin talanmasında başqa ölkələrin də şirkətləri iştirak edib: “Biz dəqiq ad deyə bilmərik hansı ölkələrdir, amma məlumdur ki, digər ölkələrin də iştirakı olub. Buna beynəlxalq hüquq müstəvisində qiymət veriləcək”.