NATO-dan İstanbul terroruna REAKSİYA – Şoka düşdük

14 Noyabr, 10:19

NATO müttəfiqi Türkiyə ilə həmrəydir.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq “Twitter” hesabında yazıb.

O, İstanbulda baş verən terror aktının görüntülərindən şoka düşdüyünü qeyd edib: “Bütün zərərçəkənlərə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm. NATO müttəfiqi Türkiyə ilə həmrəydir”.

Qeyd edək ki, İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.