“Partlayış xəbərindən sarsıldım” – İsrail lideri

14 Noyabr, 10:21
Presidential candidate Isaac Herzog visits at the Western Wall, Judaism's holiest prayer site in the Old City of Jerusalem, June 1, 2021. Photo by Olivier Fitoussi/Flash90 *** Local Caption *** יצחק הרצוג ירושלים כותל מבקר מועמד נשיאות מתפלל

İstanbulda günahsız mülki şəxsləri hədəf alan alçaq bomba partlayışı xəbərindən sarsıldım.

Bunu İsrail Prezidenti İsaak Hersoq “Twitter” hesabında yazıb.

“İsrail xalqı adından türk dostlarımıza və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün dünya terrora qarşı birləşməli və möhkəm dayanmalıdır”, – İsrail Prezidenti bildirib.

Qeyd edək ki, İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.