Quranı yandıran 2 nəfər həbs olundu

4 Oktyabr, 11:08

İzmirin Çiğli rayonunda Qurani-Kərimi cırıb içki masasında yandıran iki nəfər polis qrupları tərəfindən saxlanılıb.

Voicepress.az Türk mətbuatına istinadla xəbər verir ki, İzmirin Çiğli rayonunda Quranı cırıb yandıran iki şəxs sosial media hesablarında həmin anları paylaşıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu  Tvitter hesabında məlumat paylaşıb. Nazir, Qurana hörmətsizlik edən 2 nəfərin saxlanıldığını qeyd edib.

“İzmirdə Qurana hörmətsizlik edən iki yaramaz şəxsin kimliyi Polis İdarəmiz tərəfindən müəyyən edilib və prokurorluğun əmri ilə saxlanılıb”.

 Sultan /voicepress.az/