Haluk Levent öldürülən sənətçinin qızı üçün səhnəyə çıxdı

4 Oktyabr, 11:23

Türkiyənin tanınmış sənətçisi Haluk Levent Ankarada öldürülən musiqiçi Onur Şenerin qızı üçün səhnəyə çıxıb. Levent, gəlirin Şenerin qızının təhsil xərclərinə sərf edəcəyini bildirib.

Voicepress.az  xəbər verir ki, sənətçi Haluk Levent Kuruçeşme Paraf Açıq Havada səhnəyə çıxıb. Leventin müxtəlif albomlarından mahnılar səsləndirdiyi konsert böyük marağa səbəb olub.

Bənətçi bilet gəlirinin dünən Ankarada öldürülən musiqiçi Onur Şenerin qızının təhsil xərclərinə sərf edəcəyini açıqlayıb.

Levent, “Bu gecənin bir mənası var, məqsəd maarifləndirməkdir. Onu da deyim ki, bu konsertdən gələn gəlirin hamısı musiqiçimiz Onurun övladınındır” deyə çıxışında bildirib.

Sultan /voicepress.az/