Tiqaran Abramyan: “Azərbaycan mediası Rusiya əleyhinə təbliğat aparır”

14 İyun, 11:05

“İstənilən halda Rusiya-Azərbaycan münasibətlərinin inkişafı regionumuza öz təsirini gösgərəcək”.

Voicepress.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının “Mənim şərəfim” fraksiyasının üzvü, təhlükəsizlik üzrə ekspert Tiqran Abramyan öz Facebook səhifəsində yazıb. O, Rusiya-Ukrayna arasında baş verən müharibədə Azərbaycanın Rusiya əleyihə təbliğat apardığını bildirib:

“Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Azərbaycanda internet saytları, Telegram kanalları Rusiya əleyhinə təbliğat aparır. Xüsusən də bu saytların müxtəlif dövlət qurumlarına və ya hakim elitanın nümayəndələrinə bağlılığını və ya birbaşa tabeliyində olduğunu nəzərə alsaq, mənzərə daha aydın olar.

Rusiya hərbçilərinə qarşı nifrət, sarkazm, ölən, yaralanan, əsir düşən hərbçilər haqqında təhqiramiz ifadələr nümayiş etdirirlər. Azərbaycanda ruslara qarşı düşmənçilik formalaşdırılır.

Aydındır ki, Rusiya tərəfi bütün bunları qeydə alır, lakin Rusiyanın bu vəziyyətlə bağlı tədbirlərini nə vaxt işə salacağı hələlik bəlli deyil.

Bu və digər hadisələrin Rusiya-Ukrayna böhranından sonra Rusiya-Azərbaycan münasibətlərinə necə təsir edəcəyini də anlamaq və təhlil etmək lazımdır.

Ermənistan üçün bu, təkcə Rusiya ilə müttəfiqlik münasibətləri nəzərə alındığı zaman deyil, həm də Rusiya-Azərbaycan münasibətlərində davam edən proseslərin Qarabağ məsələsində Rusiyanın əsas rolunu nəzərə almaq baxımından vacibdir.

İstənilən halda Rusiya-Azərbaycan münasibətlərinin inkişafı regionumuza öz təsirini gösgərəcək”.

\voicepress.az\