DİN “Son zəng”lə bağlı valideynlərə müraciət etdi

14 İyun, 10:05

Daxili İşlər Nazirliyi “Son zəng” tədbiri ilə bağlı valideyn və məzunlara müraciət edib.

Nazirliyinin mətbuat xidmətindən Voicepress.az-a verilən xəbərə görə, müraiciətdə deyilir:

“Hörmətli valideynlər! Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz. Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir”.

\voicepress.az\