Saqatelyan: “Qələbəmizə alternativ Ermənistanın türkləşdirilməsidir”

14 İyun, 12:18

“Qələbəmizə alternativ Ermənistanın türkləşdirilməsi və ermənilərin Qarabağdan qovulmasıdır “.

 Voicepress.az xəbər verir ki, bunu “Müqavimət Hərəkatı”nın lideri, Ermənistan Milli Məclisinin vitse-spikeri İşxan Saqatelyan Facebook hesabında yazıb.

“Bizim qələbəmizə alternativ Ermənistanın türkləşdirilməsi və ermənilərin Qarabağdan qovulmasıdır. Biz buna icazə verə bilmərik”.

Qeyd edək ki, bu gün saat 19:30-da İrəvanda “Fransa Meydanı”nda  “Müqavimət Hərəkatı”nın növbəti aksiyası keçiriləcək.

\voicepress.az\