Zelenski: “Bizim bütün torpaqları azad etməkdən başqa seçimimiz yoxdur”

14 İyun, 12:32

Ukrayna lideri Zelenski Rusiya ilə müharibədə cəbhə xəttinin 2500 kilometri keçdiyini bəyan edərək, davam etməkdən və bütün torpaqlarını azad etməkdən başqa seçimlərinin olmadığını bildirib.

Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ölkəsində Rusiyanın işğal etdiyi bütün torpaqların azad edilməsi uğrunda mübarizəni davam etdirəcəklərini bəyan edib.

Zelenski Telegram hesabındakı paylaşımında 110 günlük müharibəni dəyərləndirib və Ukrayna Silahlı Qüvvələrinin bu gün Donbas bölgəsində uğurlu əməliyyatlar keçirdiyini qeyd edib.

Bu 110 gündə ölkənin cənub bölgələrinə nəzarəti ələ keçirdiklərini və Xarkov vilayətinin böyük hissəsini düşməndən azad etdiklərini bildirən Zelenski, “Ümumiyyətlə mindən çox yaşayış məntəqəsi işğaldan azad edilib, Ukraynanın cənubundakı hücumların qarşısı alınıb” dedi.

Digər tərəfdən, Ukrayna əsgərlərinin Donbasda Rusiya qüvvələrinə böyük itkilər verdiyini bildirən Zelenski, “Donbasdakı döyüşlər Avropa və Avropa üçün təşkil edilən ən amansız döyüşlərdən biri olaraq mütləq tarixə düşəcək” dedi.

Zelenski həmçinin ölkələrində davam edən müharibəni bitirmək üçün güclü və müasir silahlara ehtiyacları olduğunu bildirib.

Davam edən müharibədə çoxlu sayda mülki vətəndaşın və uşağın həyatını itirdiyini vurğulayan Zelenski, “Bu müharibənin Ukrayna üçün bədəli çox ağır və dəhşətlidir” dedi.

Zelenski Rusiyanın işğal etdiyi və ilhaq etdiyi bütün torpaqların azad edilməsi üçün səylərini davam etdirəcəklərini və bu torpaqlarda yaşayan insanlara Ukraynanın digər bölgələrində gedən müharibə haqqında dəqiq məlumat verilməli olduğunu bildirib: “Biz onu azad edəcəyik. Ukrayna bayrağı yenidən Yalta, Sudak, Cankoy və Yevpatoriya üzərində dalğalanacaq. Və Krımda qiymətli torpaqları zəbt etmiş hər bir rusiyalı məmur nəzərə almalıdır ki, bura onların rahatlıq tapa biləcəyi torpaq deyil”.

Ukrayna prezidenti Vladimir Zelenski xalqa gündəlik müraciətində Severodonetskdə şiddətli küçə toqquşmalarının davam etdiyini bildirib və “Həftələrlə işğalçıların irəliləməsinin qarşısını almağa və müdafiəmizi möhkəm saxlamağa nail olan bütün müdafiəçilərimizlə fəxr edirəm. ”

\voicepress.az\