ABŞ-dan yeni qərar – Bu silahların istifadəsi məhdudlaşıdırılır

22 İyun, 10:11

Ağ Ev çərşənbə günü verdiyi açıqlamada, ABŞ-ın bütün NATO müttəfiqləri də daxil olmaqla dünyanın ir çox ölkəsində istifadəsi qadağan olunan piyada əleyhina minalarının istifadəsini məhdudlaşdırmaq qərarını verdiyini bildirib.

 Voicepress.az ABŞ mediasına istinadən xəbər verir ki, bəyanatda deyilir: “Bu addım ABŞ prezidenti Co Baydenin minaların “müharibə bitidikdən sonra uşaqlar da daxil olmaqla mülki şəxslərə mənfi təsirini göstəridiyinə dair fikirlərini əks etdirir”.

Ağ Ev bildirib ki, bu dəyişiklik Koreya yarımadasındakı unikal şəraitə və ABŞ-ın Cənubi Koreyanı qorumaq öhdəliyinə görə ABŞ-ın mina siyasətinə təsir etmir.

\voicepress.az\