“Neftçi”nin yeni baş məşqçisi o olacaq

22 İyun, 09:00

“Neftçi”nin Müşahidə Şurasının onlayn şəkildə keçirilmiş iclasında əsas komandaya baş məşqçinin təyin olunması ilə bağlı müzakirələr aparılıb.

Voicepress.az xəbər verir ki, bu barədə klubun saytında məlumat paylaşılıb. Məlumata görə, iclasda qərara alınıb ki, bu vəzifəyə Laurentsiu Regekampf təyin edilsin.

Qeyd edək ki, Regekampf 1975-ci il sentyabrın 19-da Rumıniyanın Tarqovişte şəhərində anadan olub. 2009-cu ildə futbolçu karyerasını bitirib və elə həmin ildə məşqçiliyə başlayıb.

Rumıniyanın “Snaqov” (2009-2010, 2011), “Krayova” (2010, 2011), “Qloriya” (2010), “Konkordiya” (2011-2012), “Styaua” (2012-2014, 2015-2017), “Universitatya Krayova” (2021-2022), Səudiyyə Ərəbistanının “Əl Hilal” (2014-2015), “Əl Əhli” (2021), Bolqarıstanın “Liteks” (2015), BƏƏ-nin “Əl Vəhdə” (2017-2018) və “Əl Vəsl” (2019-2020) klublarını çalışdırıb.

\voicepress.az\