Əfqanıstanda zəlzələ baş verib: 1000 ölü 1500 yaralı var

22 İyun, 13:29

Əfqanıstanın Paktika əyalətində gecə saatlarında baş verən 5,9 bal gücündə zəlzələdə ən azı min nəfərin həyatını itirdiyi açıqlanıb. Yaralıların sayının 1500 olduğu ölkədə ölənlərin sayının artacağı gözlənilir.

Voicepress.az  Reuters-ə istinadən xəbər verir ki, Əfqanıstanın Paktika əyalətində gecə saatlarında 5,9 bal gücündə zəlzələ baş verib. Pakistan və Əfqanıstan sərhəddində baş verən zəlzələ nəticəsində 950 insan həyatını itirib. Rəsmilər ölənlərin sayının artacağını bildirib.

ABŞ Geoloji Xidməti (USGS) əvvəlcə zəlzələnin maqnitudasını 6,1, sonra isə 5,9-a qədər yeniləyib.

Əfqanıstan ordusu helikopterlərlə bölgəyə yardım göndərib. Bölgədəki yaralılar xəstəxanalara çatdırılır.

Qeyd edək ki, Əfqanıstanın iqtisadiyyatı ölkə rəhbərliyinin Talibana keçməsindən sonra daha da pisləşib. Beynəlxalq yardımlar kəsilib. Əfqanıstan xaricdən hər cür yardımı qəbul edəcəkləri ilə bağlı açıqlama yayıb.

Xatırladaq ki, 2015-ci ildə Əfqanıstan-Pakistan sərhədində baş verən zəlzələdə əksəriyyəti pakistanlı olan 399 nəfər həlak olmuşdu.

\voicepress.az\