“The New York Times”ın Ukraynadan yaydığı görüntülər dünyanı lərzəyə gətirdi

20 May, 15:03

Rus əsgərlərin ukraynalı mülki vətəndaşları ölümə necə sürüklədiklərinin əks olunduğu videogörüntülər dünyanı silkələdi.

 Voiceprerss.az xəbər verir ki,  “The New York Times” rus işğalçılarının ukraynalı mülki vətəndaşları ölümə sürüklədiyini əks etdirən videogörüntülər yayıb.  Videogörüntüdə 8 nəfərin işğalçıların qərargah kimi istifadə etdiyi binanın həyətində güllələndiyi əks olunub.

Xatırladaq ki, son üç ayda Ukraynadan ən qorxulu görüntülər Buça şəhərindən gəlib. İşğalın birinci ayının sonunda Kiyev ətrafından dəf edilən rus qoşunları Buçadan çıxarkən şəhərdə qətliam törədiblər.

Küçələrə səpələnmiş meyitlər, evlərin həyətlərində güllələnən insanlar, kilsənin ətrafında kütləvi məzarlıq dünyanı dəhşətə gətirmişdi.  Dünyanı silkələyən görüntülərin ardı-arası kəsilmir. Bu dəfə  Amerikanın “New York Times” qəzeti qətliamın üstü açıldıqdan 48 gün sonra rus əsgərləri tərəfindən Buçada edam edilmək üçün aparılan mülki şəxslərin görüntülərini dərc edib.

Videoların martın 4-də təhlükəsizlik kameraları tərəfindən lentə alındığını qeyd edən “The New York Times” görüntülərdəki mülki şəxslərin bir neçə dəqiqə sonra güllələndiyini yazıb.

\voicepress.az\