Bir insanın dərisində məsamələrdə əmələ gələn sebumla qidalanan təxminən 2,5 milyon mikroskopik həşərat var. Demodex adlanan bu gənələr yuyulmaqla təmizlənmir və insanların təması ilə bir-birinə ötürülür.
Voicepress.az xəbər verir ki, alimlərin apardığı tədqiqatlara görə insan üzündə yüz minlərlə gənə yaşayır. Onlardan biri də üzünzdəki məsamlərdəki sebumla qidalanan demodexlərdir. Demodex insan dərisində yaşayan mikroskopik artropoddur.
İnsan bədənində hər an 2,5 milyona qədər Demodexin yaşadığı təxmin edilir. İnsanlara bu mikroskopik həşəratlar partnyorları və qohumları vasitəsilə gəlir.
Bununla belə, dünyanın müxtəlif yerlərində adi gözlə görünməyən minlərlə gənə növü var. Ancaq üzünüzü nə qədər yaxşı yusanız da, 0,4 mm Demodexdən xilas olmaq mümkün deyil.
Alimlər deyirlər ki, demodekslər yalnız insan dərisində yaşamağa uyğunlaşdırılmışdır, çox güman ki, siz onları ilk dəfə doğulduğunuz zaman dəri ilə təmasdan sonra valideynlərinizdən almısınız.
Digər tərəfdən, hər hansı bir zamanda dərimizdə milyonlarla gənənin olması düşüncəsi narahatlıq doğursa da, tədqiqatçılar narahatlığa əsas olmadığını deyir. Demodekslər insanlar üçün tamamilə zərərsizdir və çox uzun müddət qalmırlar, orta ömrü 20 gündür. Halbuki bu gənələr məsamələrimizin girişində öz əks cinsləri ilə cütləşərək eyni anda 24-ə qədər yumurta qoyurlar.
\ voicepress.az\