Bu gün İrəvanda aksiya keçirən “Müqavimət Hərəkatı”nın iştirakçıları Paşinyanın çıxış edəcəyi İrəvan Respublika meydanına toplaşıblar.
Voicepress.az xəbər verir ki, Ermənistan mediasında yer alan xəbərdə aksiya iştirakçılarının bir neçə dəqiqə sonra Ermənistanın baş naziri Nikol Paşinyanın da çıxış edəcəyi “Ermənsitan demokratiyası” adlı formun keçiriləcəyi “Marriot Armenia” otelinin qarşısına toplaşaraq Paşinyanı istefaya səsləyir.
Qeyd edək ki, keçiriləcək formda həmçinin Aİ və ABŞ səfirləri, Qərbdən maliyyələşən bir sıra QHT-lərin nümayəndələri iştirak edirlər. Polis otelin qarşısında növbəyə düzülüb. Bura toplaşan etirazçılar “Ayıb olsun!”, “Nikolasız Ermənistan!” şüarları səsləndirirlər. “Bizim əsas məqsədimiz Nikol Paşinyanı, bu hökuməti aradan qaldırmaqdır. Bu, Vətən uğrunda mübarizədir” şüarları səsləndirirlər.
Ermənistan Respublika Partiyasının üzvü Hayk Derdzyan bildirib ki, Ermənistanda indiki vəziyyətdə birliyə ehtiyac var. Müxalifətçinin fikrincə, Nikol Paşinyan hökumət başçısı postunu tutduqca bu mümkün deyil: “Biz bu mübarizədən yorulmayacağıq, heç kim ideyadan yorulmaz. Biz indi ölkəmiz, Vətənimiz üçün vuruşuruq”.
Günel Musa\voicepress.az\








