“Əgər hakimiyyət bunu istəmirsə, xalq da bu hakimiyyəti aradan qaldırmalıdır”.
Voicepress.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib. O, bildirib ki, 2020-ci ildə 44 günlük müharibədən sonra ölkədə vəziyyət onsuz da fərqlidir, lakin bütün bunlardan nəticə çıxarmaq, ibrət dərsi almaq və müsbət tərəfləri görmək lazımdır.
Ohanyan həmçinin vurğulayıb ki, müharibə zamanı dövlət idarəetmə sistemi dövləti hərbi bazaya keçirə, qanunverici orqan lazımi nəzarəti birləşdirə və həyata keçirə bilmədi. Dövlət idarəetmə sistemi həm kadr potensialını, həm də mühəndis resurslarını tam şəkildə birləşdirməkdə çətinlik çəkir: “Məhkəmə-hüquq sferasında çoxlu çatışmazlıqlar var idi, nizam-intizam və qanunilik yaratmaq əzmi yox idi”.
“Hayastan” fraksiyasının rəhbərinin fikrincə, gələcəkdə belə səhvlərə yol verməmək üçün erməni xalqı baş verənlərdən dəsr almalıdır: “Əgər bugünkü hakimiyyət bundan ibrət almaq istəmirsə, xalq öz birliyi ilə hakimiyyətə ibrət dərsi verməlidir. Əgər hakimiyyət bunu istəmirsə, xalq da bu hakimiyyəti aradan qaldırmalıdır. Bizim müqavimət hərəkatımız məqsədyönlüdür. Bu qalibiyyət ruhunu bərpa etməyə xidmət edir. Əminəm ki, bu gün də biz daha güclü çıxacağıq, çünki tarix boyu bizə həmişə zərbələr endirilib, lakin biz həmişə daha güclü çıxmışıq” deyən Ohanyan fikirlərini yekunlaşdırıb.
Günel Musa\voisepress.az\








