Elon Musk Yaponiya əhalisinin rekord dərəcədə azalması xəbərinin yayıldığı Twitter paylaşımına “Yaponiya gec-tez yox olacaq” cavabını verib.
Voicepress.az xəbər verir ki, Mask Yaponiyanın Kyodo agentliyinin Twitter-də paylaşdığı “2021-ci ildə ölkə əhalisinin rekord dərəcədə azalması” xəbərinə sosial media hesabından cavab verib. Mask, : “Doğum nisbətinin ölüm nisbətini aşmasına səbəb olacaq bir dəyişiklik olmazsa, Yaponiya sonunda yox olacaq” şərhini yazıb.
Qeyd edək ki, keçən ay nəşr olunan xəbərdə Yaponiya əhalisinin 2021-ci ildə 644 min azalaraq 125,5 milyona çatdığı vurğulanıb ki, bu da 1950-ci ildən bəri ən böyük azalma olaraq qeydə alınıb.
\voicepress.az\