Azərbaycanın UNESCO üzrə Milli Komissiyası və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 28 May – Respublika Günü, ölkəmizin quruma üzv olmasının 30 illiyi və “Şuşa İli” çərçivəsində Parisdə “Qarabağ” muğam qrupunun konserti keçirilib.

Voicepress.az xəbər verir ki, UNESCO-nun mənzil qərargahında keçirilmiş tədbirdə UNESCO-nun üzv dövlətlərinin daimi nümayəndələri, gənc diplomatlar, incəsənət xadimləri, yerli ictimaiyyət və diaspor nümayəndələri iştirak ediblər.

Tədbirdə UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, UNESCO Baş direktorunun Afrika Prioriteti və xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko UNESCO-nun İcraiyyə Şurasının sədri Tamara Rastovaç-Siamaşvili çıxış ediblər.

Çıxışlardan sonra “Qarabağ” muğam klubunun konserti baş tutub. Konsertdə Azərbaycanın Xalq artisti Mənsum İbrahimov və gənc xanəndə Gülzar Fərəcova Xalq artisti Elçin Haşımov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) müşayiətində Azərbaycan xalq mahnıları, təsniflərini və muğam nümunələrini ifa ediblər.
Həmçinin “Junior Eurovision-2021” mahnı müsabiqəsində Azərbaycanın təmsilçisi olmuş gənc musiqiçi Sona Əzizova tamaşaçılara “Şuşam mənim” və “O günlərdən biri” mahnılarını təqdim edib.
\voicepress.az\







