Erməni ekspert Şarl Mişelin bəyanatına münasibət bildirdi: “Təhlükəsizliyimiz onlar üçün əhəmiyyətli deyil”

23 May, 17:16

“Hakimiyyət artıq dəfələrlə nümayiş etdirib ki, insan həyatı və təhlükəsizliyi onlar üçün heç bir əhəmiyyət kəsb etmir”.

 Voicepress.az xəbər verir ki, bunu Ermənistanın siyasi eksperti Anjela Elibegova facebook hesabında Avropa Şurasının rəhbəri Şarl Mişelin bəyanatına münasibət bildirərkən yazıb.

Elibegova üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında sülh razılığına gəlinməsi məsələsinə sərt reaksiya verib. Onun sözlərinə görə tərəflər arasında razılığa gəlinən məqamlar əslində Ermənistan v ətəbdaşlarının həyatı üçün ciddi təhlükə mesajıdır: “Lakin küçələrə çıxan insanlarda buna inanmayanlardan fərqali olaraq özünümüdafiə və mübarizə instinkti var. Hakimiyyət artıq dəfələrlə nümayiş etdirib ki, insan həyatı və təhlükəsizliyi onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Odur ki,  insanlar təşkilatlanmağa başlayıblar. Siz necə düşünürüsünüz? Təhlükəsizliyiniz sizin üçün daha vacibdir, yoxsa özünümüdafiə instinktlərini kütləşdirən təbliğat?”

\voicepress.az\