Keçmiş KGB agentindən Putinlə bağlı sensasion iddia: “Putin ağır xəstədi”

3 May, 16:00

Keçmiş KQB agentinin İngiltərə qəzetinə verdiyi açıqlamalar gündəmə bomba kimi düşdü. Rusiya qüvvələri Donbasın şərqinə hücumlarını davam etdirərkən “mümkün olmayan tələblər” irəli sürür.

 Voicepress.az İngiltərə nəşrinə istinadən xəbər verir ki, Qərbə qaçmış keçmiş KQB agenti Boris Karpichkov Putinin yaxın ətrafına onun səhhətinin pisləşməsi barədə məlumat verilmədiyini deyib. Karpichkov “Putini son illərini paranoyada yaşayan Stalinlə müqayisə etmək olar” deyə əlavə edib.  O, hesab edir ki, Rusiya lideri parkinson və demensiya kimi xəstəliklərdən əziyyət çəkir.

Rusiyanın Ukraynaya müdaxiləsi davam edərkən, Putinin Ukraynadakı gündəlik əməliyyatlara komandanlıq etdiyi güman edilir. Dünən İtaliya mətbuatına açıqlama verən xarici işlər naziri Sergey Lavrovun açıqlamalarının əksinə olaraq, Rusiya prezidenti 9 May Qələbə gününə qədər Rusiyada nəticə əldə etmək arzusundadır.

İddialara görə, Rusiya prezidenti Ukraynada uğur qazanmaq və Rusiyanın 9 May Qələbə bayramı öncəsi mühüm tələblər irəli sürmək üçün vaxt itirməyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının hesabatına görə, bu tələblərdən biri onun qoşunlarının Ukrayna prezidenti Vladimir Zelenskinin doğulduğu Krivı Roğı ələ keçirməsidir.

Bir milyona yaxın əhalisi olan bir şəhəri ələ keçirmək artıq şərq cəbhəsində son dərəcə qanlı müharibə aparan və cəmi doqquz yarım həftəlik qarşıdurmada 25,000 əsgərini itirdiyi güman edilən qüvvələri üçün “böyük” vəzifədir.

Putini dəli adlandıran Karpichkiov, “Putin hər kəsi, o cümlədən Rusiya təhlükəsizlik xidmətlərini və hətta yaxın çevrəsini sözün əsl mənasında “satqın” kimi görür. Putin güclü imicini qorumaq üçün ona ən yaxın adamlardan belə səhhətindəki problemləri gizlədir.”

\voicepress.az\