Fransalı deputatlar erməni soyqırımı qurbanlarının xatirəsini yad ediblər.
Voicepress.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Fransa Senatının Fransa-Ermənistan Dostluq Qrupunun rəhbəri Gilbert-Luc Devinazın başçılıq etdiyi nümayəndə heyəti, Ermənistan Milli Assambleyasının Ermənistan-Fransa dostluq qrupunun rəhbəri Vladimir Vardanyanın müşayiəti ilə mayın 3-də Ermənistana səfər edib. Səfər çərçivəsində Tsitsernakaberd Memorial Kompleksinə ziyart olunub və uydurma erməni soyqırımının uydurma qurbanlarını yad ediblər.
Fransalı deputatlar “Əbədi məşəl” önünə gül dəstələri düzərək, erməni soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirib, uydurma qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qonaqlar Erməni Soyqırımı Muzey-İnstitutunda da olmuş, “soyqırımı” sübut edən sənədlərlə tanış olublar.
Fransa-Ermənistan Dostluq Qrupunun rəhbəri Gilbert-Luc Devinaz Xatirə Kitabına soyqırımla bağlı fikirlərini yazıb.
Ülkər Fərmanqızı\voicepress.az\