Mübariz Mənsimov: “Qarabağa investisiya yatırmağı düşünmürəm”

5 May, 12:50

“Azərbaycanda məni sevməyən qüvvələr var. Nə elədimsə, istədiyim kimi eləməyə qoymadılar”.

Voicepress.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov “Yeni Azərbaycan” qəzetinə verdiyi müsahibəsində deyib. O, jurnalisitin “Qarabağa investisiya yatıracaqsınızmı?” sualına belə cavab verib:

“Düzünü deyim ki, indilik düşünmürəm. Hələlik Azərbaycana yatırımla bağlı bir söz deyə bilmərəm. Ən azından məhkəmələr bitib, haqlı olduğumu sübut edənə qədər bunu etməyəcəyəm. Azərbaycanda məni sevməyən qüvvələr var. Nə elədimsə, istədiyim kimi eləməyə qoymadılar. Yatırımım ancaq tələbələr oxutmaq şəklində olur və olacaq. Bizim “Pal egitim” qrupu var, bu işin başında da şirkətin İnformasiya Texnologiyalar Departamenti dayanır. Əsasən kasıb və şəhid ailələrinin uşaqlarını oxuduruq.”