Həlak olan jurnalistə görə Zelenski Putina ismarıc göndərdi: “Bədəlini ödəyəcəksiniz”

5 May, 13:59

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya hücumu zamanı orduya qatılan jurnalist Aleksandr Makxovun şəhid olduğunu açıqladı.

 Voicepress.az Ukrayna mediasına istinadən xəbər verir ki, Volodimir Zelenski bu səhər erkən saatlarında verdiyi açıqlamadxa 36 yaşlı ukraynalı jurnalist Aleksandr Makxovun döyüşlərdə həlak olduğunu açıqladı. Jurnalistin Ukraynanın Xarkov bölgəsində həlak olduğunu bildirən Zelenski şəhid jurnalistlə bağlı bu sözləri söylədi:

“Bu gün sözümə bir hekayə ilə başlayacağam. Bu hekayə tanınmış jurnalist Aleksandr Makxov haqqındadır. Ukrayna və Dom TV kanallarındakı xəbərlərini əminəm görmüsünüz. O, vətənpərvər, səmimi və daim kibirdən uzaq biri idi. Hər zaman ən cəsurlar arasında ilk sıralarda idi. Rusiya bu ölümün məsuliyyətini üzərinə götürəcək və bədəlini ödəyəcək. Ukrayna üçün zəfər qazanacağıq”

Qeyd edək ki, 36 yaşlı Aleksandr Makxov müharibə başlayan ilk günlərdən peşəsini ataraq cəbhəyə yollanıb. Müharibədən əvvəl o, Ukrayna televiziyasında canlı yayım müxbiri kimi fəaliyyət göstərib.

\voicepress.az\