Türkiyənin nüfuzlu nəşriyyatı Elçinin kitabını nəşr etdi

7 Aprel, 12:05

Xalq yazıçısı Elçinin “Çingiz xanın daşları” adlı yeni kitabı Türkiyənin nüfuzlu “İş Bankası Kültür Yayınları” nəşriyyatında nəşr olunub.

Bu barədə Voicepress.az-a yazıçının özü məlumat verib. Kitaba yazıçının son illərdə yazdığı “Ağadadaşın kişi sözü”, “Bu da bir cür həyatdır”, “Lift” (“Çingiz xanın daşları”), “Rəssam Muxtar Manaflının həyatı, sənəti və dünyadan qaçışı”, “Missiya”, “İntihar” və digər hekayələri daxil edilib.

Qeyd edək ki, Xalq yazıçısının hekayələrini türk dilinə Azad Ağaoğlu çevirib.