Brend neft yenidən bahalaşdı

7 Aprel, 10:36

Brend neftinin Beynəlxalq bazarda son vəziyyətində canlanma müşahidə olunub.

 Voicepress.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) ehtiyatlardan istifadə ilə bağlı bəyanatından sonra ucuzlaşan neft qiymətlərində canlanma müşahidə olunub.

ABŞ xam nefti yenidən 97 dolları, Brend nefti isə 102 dolları keçib.

İngiltərənin yeni sanksiya qərarları da neft bazarları tərəfindən yaxından izlənilib.

2022-ci ilin sonuna qədər Böyük Britaniya Rusiya kömür və neftindən bütün asılılığa, həmçinin mümkün qədər tez qaz idxalına son qoyacağını açıqladı.