Tovuzda məktəb binası təhlükə saçır- Fotolar

5 Aprel, 13:13

Tovuz rayonun Aşağı Öysüzlü kəndindəki Araz Hüseynov adına kənt orta məktəbi istifadəyə yarasız vəziyyətdə fəaliyyətə davam edir.

Voicepress.az xəbər verir ki, Tovuz rayonu sakininin sosial şəbəkədə paylaşdığı fotolardan da aydın görünür ki, məktəb binası istifadəyə yararlı deyil. Uçmaq üzrə olan, tavanları çatlamış sinif otaqlarında şagirdlər in həyatı üçün təhlükədir.

Tovuz sakini qeyd edir ki, rayon mərkəzində yerləşən  sözügedən məktəbin təmiri ilə bağlı dəflərlə Təhsil Nazirliyinə müraciətlər olunsa da  məsələyə biganə yanaşılıb.

Onu da qeyd edək ki, Araz Hüseynov adına Aşağı Öysüzlü kənd məktəbi Respublikanın ən yaxşı məktəbləri siyahısında olub və  bir neçə müəllimi Əməkdar müəllim adına layiq görülüb.

\voicepress.az\