Erməni vəhşilikləriylə bağlı beynəlxalq təşkilatlara 70-ə yaxın məktub ünvanlanıb

5 Aprel, 12:11

“Ötən il azad olunmuş torpaqlarımızın bərpası və yenidən dirçəldilməsi istiqamətində böyük işlər həyata keçirilib”.

Voicepress.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”ni təqdim edərkən deyib.

Nazir müavini bildirib ki, qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri həyata keçirilib:

“Ermənistanın işğalı dövründə doğma torpaqlarımızda törətdiyi vəhşiliklərlə bağlı beynəlxalq ictimaiyyətə məlumat verilib. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə iş aparılıb, beynəlxalq təşkilatlara, dövlətlərə 70-ə yaxın məktub ünvanlanıb”.