Şahzadə Uilyamın uşaqlığı haqqında bilinməyənlər – Dayəsini cəzalandırmaqla hədələyib

27 Aprel, 16:53

Jurnalist Tina Braunun yeni nəşr olunan kitabında Şahzadə Uilyamın uşaqlığı ilə bağlı bilinməyən faktlar açıqlanıb.

Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, Britaniya kral ailəsi ilə bağlı hadisələri yaxından izləyən jurnalist Tina Braun yeni kitabında Şahzadə Uilyamın uşaqlığı ilə bağlı bilinməyən detalları açıqlayıb.

“The Palace Papers: Inside the House of Windsor, The Truth and the Tmoil”  adlı kitabda Şahzadə Uilyamın uşaq vaxtı həddindən artıq yaramaz uşaq olduğu yazılır.

İddialara görə, vəziyyət o yerə çatıb ki, nənəsi Kraliça II Elizabet nəvəsinin ipə-sapa yatmaz uşaq olmasından gileylənib. Kitabda II Elizabetin nəvəsinin hərəkətlərini bəytənmədiyi yazılıb. Uilyamın uşaqlıqda “Mən Şahzadə olandan sonra yeni qaydalar qoyacağam” deməsi nənəsinin heç xoşuna gəlmirdi.

Uilyamın anası şahzadə Diana da 1983-cü ildə Şahzadə Çarlzla Kanada səfərindən qayıtdıqdan sonra Uilyamın son dərəcə dəcəl uşaq olduğunu etiraf edib. Şahzadə Uilyam o zaman ailəsini möhkəm əsəbləşdirib. Beləki o, stolları və lampaları sındırıb.

Braunun kitabına görə, Uilyam 4 yaşında ikən dayəsi Barbara Barnsa əsəbiləşərək “Heç kim mənə nə edəcəyimi deyə bilməz! Kral olanda səni cəzalandıracağam” deyə onu təhdid edib.

Şahzadə Uilyamın Highgrove malikanəsində qaldığı müddətdə mühafizəçiləri su çiləyən tapança ilə bezdirirmiş. Lakin 6 yaşa çatdıqda Uilyam nisbətən avranışlarını düzıldir. Bu zamand a onun kiçik qardaşı Harri ailəsinin əsəblərini tarıma çəkir. Bir dəfə hətta Harri atası Çarlzın səfərə hazırlaşarkən paltarlarını qoyun pendiri ilə çirkləndirib.

Uilyam isə böyüdükcə anasının etibarlı sirdaşına çevrilib. Diana onu “mənim müdrik oğlum” deyə boyunu sevərmiş. Valideynləri  dava edərkən o vanna otağında ağlayan anasına qapıdan dəsmal uzadıb: “səni kədərli görməyə nifrət edirəm” deyərmiş”. Braun da kitabında yazırdı: “Uilyam Diananı Harridən daha yaxşı başa düşürdü”.

\voicepress.az\