Bütün insanlar gec-tez öləcək. Bundan qaçmaq yoxdur. Ölüm haqqında düşünmək bizi narahat etsə də, ölüm yaşamaq üçün ödəməli olduğumuz bədəldir. Amma buna baxmayaraq texnologiya və elm inkişaf etdikcə ömrümüzü uzatmaq mümkündür.
İnsanların ömrü uzanmağa davam edərsə, bir gün ölümsüz ola bilərmi? Cavab ölümsüzlüyün sizin üçün nə demək olduğundan asılıdır.
Florida Atlantikdəki Gələcəyin Zehn Mərkəzinin qurucu direktoru filosof Susan Schneider, “Məncə, insanlar ölümsüzlük haqqında sual verəndə belə, ölümsüzlüyün hərfi mənasını nəzərdə tutmurlar”. Universitetdən bildirilib ki, “Məsələn, əgər kimsə beynini və bədənini həqiqətən uzun müddət yaşatmaq məqsədi ilə təkminləşdirsəydik, yenə də ölümsüz olmazdı.”
Alimlər kainatın bir gün sona çatacağını düşünürlər ki, bu da ölümsüzlüyün möcüzəsini və sirrini korlayır. Elmi jurnalist Con Horgan “Scientific American” -a verdiyi açıqlamasında bildirib ki, bəzi alimlər kainatın yox olduğu zaman insanın sağ qalması ilə bağlı proqnozlar veriblər, lakin bu gün yaşayan hər kəsin kainatın yox olduğunu görəcəyi ehtimalı azdır.
İnsanlar qocalır və ölürlər. Ölümsüz olmağımız üçün bədənimiz yaşlanmamalıdır. Görünür, bir qrup heyvan bu problemi artıq həll edib, ona görə də ölümsüzlük mümkünsüz olmaya bilər.
Məsələn hidralar qocalmır. Kiçik, meduzaya bənzər bu onurğasızlar əsasən kök hüceyrələrdən ibarətdir və köhnə hüceyrələri atmaqla yeni hüceyrələr yaratmaq üçün mütəmadi bölünən bilən kök hüceyrələrdən ibarətdirlər. Daima yenilən hüceyrələr hidralara özlərini gəncləşdirmək və əbədi olaraq gənc qalmaq imkanı verir.
Hidraların qocalmadığını kəşf edən alim, Kaliforniyanın Klaremont şəhərindəki Pomona Kollecinin biologiya professoru Daniel Martínez, “Onlar qocalmadığı üçün, potensial olaraq ölümsüzdür” deyir. Hidralar göstərir ki, heyvanlar yaşlanmamalıdır, lakin bu, insanların gəncləşdirici xüsusiyyəti kopyalaya bilər demək deyil. 10 millimetr uzunluğunda hidralar çox kiçikdir və orqanları yoxdur. “Bizim üçün bu mümkün deyil, çünki insan bədəni çox mürəkkəbdir” deyə bildirir Martinez.
İnsanlarda qaraciyər kimi bədənin hissələrini bərpa edə bilən kök hüceyrələr var, lakin insan bədəni hidralar kimi tamamilə bu hüceyrələrdən ibarət deyil. Bunun səbəbi, insanların yeni hüceyrələrə bölünmə xaricində başqa vəzifələr üçün fərqli hüceyrələrə ehtiyacı olmasıdır. Məsələn, qırmızı qan hüceyrələri bütün bədənə oksigen daşıyır. “Hüceyrələrə bir funksiya yüklədiyimiz zaman hüceyrələr bunu edərkən bölünmə qabiliyyətini itirir. Hüceyrələr yaşlandıqca biz də qocalırıq” Deyə bildirib Martinez.
Biz hidra kimi köhnə hüceyrələrimizi yeniləyə bilmərik, çünki onlara ehtiyacımız var. Məsələn, beyindəki neyronlar məlumat ötürür. “Biz bu hüceyrələrin dəyişdirilməsini istəmirik. Əks halda heç nə xatırlaya bilmərik.”
Martínezin fikrincə, hidralar bizə yaşlandıqca hüceyrələrimizin daha yaxşı işləməsinə və daha sağlam həyat sürməsinə kömək etmək üçün yollar tapmaqda ilham mənbəyi ola bilər. Bununla belə, Martinez hesab edir ki, eləm nə qədər in kişaf edirsə etsin insanlar heç vaxt belə bioloji ölümsüzlüyə nail ola bilməyəcəklər.
Martínez şəxsən əbədi yaşamaq istəməsə də, insanların bir növ artıq ölməz olduğunu düşünür. “Mən həmişə deyirəm ki, məncə, biz ölməzik. Mənim üçün şairlər ölməzdirlər, çünki bu illər ərzində hələ də bizimlədirlər və hələ də bizə təsir edə bilirlər. Ona görə də düşünürəm ki, insanlar öz mirası ilə sağ qalırlar”.
Ginnesin Rekordlar Kitabına görə, 1997-ci ildə 122 yaşında vəfat edən fransalı Jeanne Calment qeydə alınan ən yaşlı insan kimi tarixə düşüb. Tədqiqatçılar 2021-ci ildə “Nature Communications” jurnalında dərc edilən araşdırmada insanların maksimum 120-150 il yaşaya biləcəyini söyləyirlər. Bu zamandan sonra müqavimətin tam itkisini proqnozlaşdırırlar. Yəni bu müddətdən sonra insan orqanizminin xəstəlik və zədələrdən sağalma ehtimalı çox aşağıdır. Bu həddən artıq yaşamaq üçün insanlar hüceyrələrin qocalmasını dayandırmalı və xəstəliklərin qarşısını almalıdırlar.
İnsanlar nanotexnologiyanı əhatə edən gələcək texnoloji irəliləyişlərlə öz bioloji hüdudlarından kənarda yaşamaq üçün bir yol tapa bilər. Bu, 100 nanometrdən (metrin milyardda biri və ya düymün 400 milyardda biri) aşağı olan nanoölçülü hüceyrələrin tətbiqidir. Belə kiçik vasitələr qanda dövr edə və qocalmanın qarşısını ala bilər, ola bilsin ki, zamanla hüceyrələrin zədələnməsini bərpa edir.
Avstraliyanın Melburn Universitetinin məlumatına görə, nanotexnologiya xərçəng hüceyrələrini bədəndən çıxararaq bəzi xəstəlikləri, o cümlədən bəzi xərçəng növlərini sağalda bilər.
İnsan bədəninin qocalmasının qarşısını almaq hələ də ölümsüz olmaq üçün kifayət deyil. Hidrada qocalma əlamətləri olmasa da, bu canlılar da ölür. Martínez deyir ki, balıq kimi yırtıcılar hidra yeyirlər və yaşadıqları mühitdə dəyişillik baş verdikdə məsələn, gölməçələri qışda donarsa, ölürlər. İnsanların yırtıcılarla mübarizə aparmasına ehtiyac yoxdur, lakin biz ölümcül qəzalarla daha çox qarşılaşırıq və iqlim dəyişikliyi kimi ciddi ekoloji hadisələrə qarşı həssasıq. Gələcəkdə uzunömürlü olmaq üçün indiki bədənimizdən daha güclü bədənə ehtiyacımız olacaq. Texnologiya da bunun həllini tapa bilər.
Texnologiya inkişaf etdikcə futuroloqlar iki həlledici mərhələni gözləyirlər.
Biz süni intellekti (AI) özünü yenidən dizayn edəcək və öz intellektimizdən qat-qat üstün olana qədər daha ağıllı dizayn edə biləcəyik. İkinci mərhələ virtual ölümsüzlükdür, burada beynimizi skan edə və özümüzü kompüter kimi bioloji olmayan mühitə köçürə bilərik.
Tədqiqatçılar artıq dairəvi soxulcanın (Caenorhabditis elegans) sinir əlaqələrinin xəritəsini tərtib ediblər. “Smithsonian Magazine”ə görə, OpenWorm layihəsinin bir hissəsi olaraq, onlar dəyirmi soxulcanın beynini onun sinir əlaqələrini təkrarlayan proqram təminatında simulyasiya etdilər və bu proqramı Lego robotunu manipulyasiya etmək üçün proqramlaşdırdılar. Daha sonra robot yumru soxulcan kimi davranmağa başladı. Alimlər adamları insan beyninin 86 milyard neyronu (dəyirmi qurdlarda yalnız 302 neyron var) arasındakı əlaqənin xəritəsini çəkməkdən çox uzaqdadırlar, lakin süni intellektdəki irəliləyişlər bizə bu səviyyəyə çatmağa kömək edə bilər.
İnsan zehni kompüterdə olduqdan və internetə yüklənə bildikdən sonra insan bədəninin məhv olmasından narahat olmağa ehtiyac qalmayacaq. Şnayderin fikrincə, insan zehnini bədəndən çıxarmaq ölümsüzlüyə gedən yolda mühüm bir addım olardı, lakin burada bir tələ var. “Mən düşünmürəm ki, bu, sizin ölümsüz olacağınız anlamına gəlmir, çünki düşünürəm ki, bizim burada gördüyümüz iş sadəcə rəqəmsal dublyor yaratmaqdır” dedi.
Həm də “Süni Siz: Süni İntellekt və Ağlınızın Gələcəyi” (Princeton University Press, 2019) kitabının müəllifi olan Şnayder beynin yüklənmə prosesinə dözə bilməyəcəyinə dair düşüncə təcrübəsini təsvir edir. Əgər beyniniz yükləmə prosesindən sağ çıxsaydı, ortaya çıxan rəqəmsal insan siz olmayacaqsınız, çünki beyniniz sağ qalsa, hələ də yaşayırsınız. Yəni bu dünyada sənsən, yoxsa rəqəmsalsan? Digər tərəfdən, əgər beyniniz yükləmə prosesindən sağ çıxmazsa, o rəqəmsal nüsxə bir daha siz olmayacaqsınız, klonunuz sadəcə rəqəmsal surətiniz ola bilər.
Şnayderə görə, fərdi qoruyarkən həddindən artıq uzunömürlülüyün daha yaxşı yolu insan beyninin sağ qalmasına uyğun gələn bioloji təkmilləşdirmələrdən keçir. Başqa bir mübahisəli məsələ isə beyin çipləridir.
Şnayder, “Beynin hissələrini tədricən çiplərlə əvəz etmək haqqında çox danışıldı. Beləcə insan yolun sonunda süni intellektə çevrilir. Bir sözlə, tədricən kiborqa çevrilmək və neyronlar əvəzinə çiplərlə düşünmək. Amma əgər insan beyni sizinlə sıx bağlıdırsa, onu başqa bir şeylə əvəz etmək intihara səbəb ola bilər” əlavə edib.
Necə təkmilləşdirilməsindən və ya yüklənməsindən asılı olmayaraq, insan bədəninin son istifadə tarixi var. İnsanların bədənləri olmadan hələ də insan olub-olmayacağı mübahisəlidir. Şnayder, “Mənə görə, sizin texniki cəhətdən insan olub-olmamağınız həqiqətən də problem deyil. Əsas odur ki, bir insanın eyni mənliyisiniz. Önəmli olan şüurlu varlıq olmağın nə demək olduğudur. Beyindəki dəyişikliklər nə zaman hansı şüurda olduğunuzu dəyişir. Başqa sözlə desək, beynimizlə nə edə biləcəyimizi dəyişmək hansı məqamda kim olduğumuzu dəyişir?” deyir.
Şnayder gələcəyin potensial beyin və bədən təkmilləşdirmələri ilə bağlı çox həyəcanlıdır və bəzi tərəddüdlərə baxmayaraq, o, özümüzü qocalmış ölümdən xilas etmək fikrini bəyənir. “Mən bunu görməyi çox istərdim. Elmin və texnologiyanın xəstəlikləri müalicə etdiyini və bizi daha ağıllı etdiyini görmək istərdim. Həm də insanların çiplərlə beyinlərini inkişaf etdirmək seçiminə sahib olmasını mütləq istərdim. Mən sadəcə insanların təhlükənin nə olduğunu başa düşmələrini istəyirəm” deyə izah edir.
Müəllif: Patrick Pester
Mənbə: Live Science
Tərcümə etdi: Günel Musa