Tarixdə az bilinən faktlar – Son 3000 ilin yalnız 240-ı sülh şəraitində keçib

8 Aprel, 12:20

Voicepress.az tarixdə baş vermiş az bilinən hadisələri təqdim edir.

 

Roma imperatoru Commodus imperiyadakı bütün əlilləri Romaya topladı və onları Kollesiumda ölümünə qədər döyüşdürdü.

 

1900-cü illərin əvvəllərində siqaret şirkətləri onların həkimlər tərəfindən tövsiyə olunduğunu elan edirdilər.

Birinci Dünya Müharibəsinin əvvəlində Amerika ordusunda cəmi 18 pilot var idi.

Amerika Vətəndaş Müharibəsi zamanı Amerika əhalisinin 2,5%-i həlak olub.

Dünya tarixində ən çox ölümlə nəticələnən 10 müharibədən 7-si Çində baş verib.

Meksikalı general Santa Anna itirilmiş ayağı üçün möhtəşəm dəfn mərasimi təşkil edib.

Səddam Hüseynə Detroit şəhərinin qızıl açarı verilib

5-ci əsrdə avropalılar meyitləri yeyirdilər, çünki onların xəstəlikləri sağalda biləcəyinə inanırdılar.

 755-ci ildə Çində başlayan Luşan üsyanında 30 milyondan çox insan həlak oldu ki, bu da o dövrdə dünya əhalisinin altıda birini təşkil edir.

Qədim Misirdə milçəklər fironu narahat etməsin deyə qulların bədənləri bal ilə örtülmüşdü.

“Dəli Pyotr” kimi tanınan I Pyotr arvadı və sevgilisini edam etdikdən sonra onların kəsilmiş başlarını arvadının otağında spirt bankasında gizlədib.

Orta əsrlərdə ölmüş əsgərlərin dişlərindən protezlər hazırlanırdı.

1487-ci ildə Aztek məbədində rituallarda 20.000-dən çox insan qurban kəsilib.

Son 3000 ilin yalnız 240-ı sülh şəraitində keçib.

Bu gün istifadə edilən Amerika bayrağı Robert Heft adlı bir şagird tərəfindən dərs tapşırığı olaraq hazırlanıb və Heft bu tapşırıqdan B alıb.

Buz dövründə Britaniya adalarında yaşayan insanlar başlarını şaxtadan qorumaq üçün kimi insan kəllələrindən papaq kimi istifadə edirdilər.

Orta əsrlərdə heyvanlar mühakimə olunur və bəzən edama məhkum edilirdi.

 

Sonuncu süvari birlik İkinci Dünya Müharibəsi zamanı istifadə edilib. Alman piyada birliyinə hücum edən monqol süvarilərindən 2000 nəfər öldürülüb, lakin heç bir alman əsgəri həlak olmayıb.

\voicepress.az\