Cəlilabadda İİV/QİÇS əleyhinə maaifləndirmə layihəsi həyata keçirilib

14 Aprel, 11:12

“İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı çərçivəsində Cəlilabad rayonunda “İİV/QİÇS-in yayılmasının qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılması” adlı layihəsini uğurla davam etdirir.

Təşkilat cari ilin mart ayında layihənin icra planında nəzərdə tutulduğu kimi, Cəlilabad şəhər 1 saylı orta məktəbdə  və Ocaqlı kəndində İİV-nin yayılması yolları və ondan qorunma üsulları haqqında, eləcə də təhlükəsiz davranış haqqında təlimlər vermiş və eyni zamanda təlim iştirakçılarına və digər icma üzvlərinə mövzu ilə əlaqəli müxtəlif çap məhsulları paylamışdır.

Hər iki təlimdə ümumi olaraq 60 nəfər gənc iştirak etmiş, mövzu ilə əlaqəli canlı  müzakirələrdə iştirak etmişlər.

İnkişaf-2006 Sosial Dəstək İctimai Birliyi eyni təlimləri rayonun digər kəndlərində də həyata keçirməyi planlaşdırır.