Azərbaycanda ilk dəfə Uşaq Kitab Festivalı təşkil olunub.
Voicepress.az xəbər verir ki, festival “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Sərgidə müxtəlif nəşriyyatlar, kitab evləri iştirak edərək uşaq kitablarını sata biliblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, millət vəkili Bahar Muradovanın, “Qanun Nəşriyyatı” nın rəhbəri Şahbaz Xuduoğlunun da qatıldığı tədbirdə, həmçinin Türkiyədən dəvət olunmuş məşhur uşaq yazıçılarının imza mərasimləri təşkil olunub. Bundan başqa, sərgidə müxtəlif panellər, nağıl, tamaşa saatları təşkil olunur, tanınmış uşaq yazıçıları, eləcə də incəsənətin müxtəlif sahələrini təmsil edən mütəxəssislərlə görüş də nəzərdə tutulub.


\voicepress.az\







