Avtomobildə yanacağa necə qənaət etmək olar? – Qızıl qaydalar

3 Aprel, 10:21

Amerika Avtomobil Assosiasiyasının təmir sistemləri üzrə direktoru David Bennettin sözlərinə görə, yanacaq qənaəti üçün nəzərə alınmalı olan qızıl qaydalar var ki, bu qaydalara riayət edənlər yanacağına qənaət etmiş olacaqlar.

 Voicepress.az həmin qaydaları təqdim edir:

Avtomobilinizdə lazımsız əşyalar varsa, əlavə çəkiyə və yanacaq sərfiyyatına səbəb olmaması üçün onları avtomobildən çıxarın.

Sərinləmək üçün pəncərələri açmaq əvəzinə kondisionerdən istifadə edin. Bu köhnə motorlu nəqliyyat vasitələri üçün keçərli olmasa da, müasir avtomobillərdə bu şəkildə soyutma daha səmərəlidir.

Üzü yoxuşa doğru hərəkət edərkən dişliləri neytral vəziyyətdə qoymayın. Bu təhlükəli olduğu qədər həm də qənaətli deyil.

Bir dəqiqədən artıq avtomobilin hərəkətini dayandırmaq lazım gəlirsə motoru söndürünSürət zamanı aşırı qaza basmayın. Avtomobili daha sakit idarə etməyə çalışın. Yarışda olmadığınızı unutmayın. İşə saldığınız zaman çox qaza basmaq aşırı yanacaq tükədiBir az yavaş idarə edin. Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, magistral yolda sürətinizi 10-15 km/saat azaltmaq yanacaq sərfiyyatını 14%-ə qədər azalda bilərsiniz.

Yanacağın oktan göstəricilərinə diqqət yetirin. Avtomobilinizin istehsalçısı yüksək oktanlı yanacaq tələb edirsə, ondan istifadə edin. Ancaq tövsiyə etdiyi halda, yanacağın qiymətinə qənaət etmək üçün aşağı oktanlı seçimdən istifadə edə bilərsiniz. Məsələn, kitabçada yanacağın növü 95 oktan göstərilibsə və daha yüksək oktandan istifadə etmək tövsiyə olunursa, qiymət fərqi böyükdürsə, 95-i seçin.

Avtomobilinizin texniki qulluğuna laqeyd yanaşmayın. Minimum yanacaq sərfiyyatı ilə avtomobilinizdən maksimum məhsuldarlıq əldə etmək istəyirsinizsə, yağ və filtr dəyişikliyini vaxtında etdirin, digər baxım işlərinə də laqeyd yanaşmayın.

 

Əgər birdən çox nəqliyyat vasitəsiniz varsa, düzgün nəqliyyat vasitəsindən istifadə edin Tutaq ki, sizin avtomobiliniz və motosikletiniz var. Avtomobilinizi motosikletlə idarə edə biləcəyiniz iş üçün istifadə etməyin. İki avtomobiliniz varsa, burnunuzun altındakı ərzaq mağazasına getmək üçün yüksək mühərrikli yox,  aşağı mühərrikli avtomobildən istifadə edin.