Voicepress.az-ın Ermənistanın dırnaqarası mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan, Xocalının Fərrux və Qarabulaq kəndlərində mədəni irslərinin olduğunu iddia edir…
Ermənistan, Azərbaycan Fərrux və Qarabulaq (Erməni mətbuatı Purrux və Qaraqlux deyə qeyd edir”) kəndlərində erməni mədəni irsini məhv edir deyərək, YUNESKO-nu bu “cinayətlərin” qarşısını almadığı üçün ittiham edir.
Erməni nəşri eyni zamanda bu ərazilərin strateji baxımdan önəmini qeyd edərək,
özünəməxsus tarixi-mədəni və tarixi-təbii mühitinə görə vacib olduğunu vurğulayır.
Erməni mətbuatı iddia edir ki, Fərrux və Qarabulaq kəndlərində 20-yə yaxın abidə, o cümlədən 2 kilsə, yəni XIII əsrə aid Müqəddəs Ana Kilsəsi var. (Qeyd edilən və rəsmdə gördüyünüz kilsə isə tarixi alban kilsəsidir. Tarixi saxtalaşdıraraq, albanlara aid bütün mədəni irsin ermənilərə aid olduğu kimi qələmə verilir).
Yəni İrəvanın iddialarına görə, sadəcə Qarabulaq kəndi rəsmi qeydiyyata alınmış qala, arxeoloji əhəmiyyətə malik mədəniyyət abidələri, qəbiristanlıqlar, xaçkarlar, qəbir daşları var. 2011-ci ildə Azoxa Beynəlxalq Arxeoloji Ekspedisiyasının tədqiqat apardığı “Azıx” mağarasının da, (ermənilər Azıx mağarasının adını dəyişdirərək, Şikakar deyə, qeyd edir) burada yerləşdiyini bildirir.
Erməni mətbuatının yazdığına əsasən həmin ərazilər 2021-ci ilin dekabrında orada aparılan tədqiqatlara əsasən otuza yaxın abidə aşkar edilsə də, daha tam öyrənilməyib.
Daha sonra özlərinin 30 ildir viran qoyduqları Azərbaycan mədəniyyətinin və mədəni irsinin guya Azərbaycanın Ermənistana qarşı törətdiyi iddia edilir. Fərrux və Qarabulaq kəndlərinin tarixi və mədəni irsinin təhlükə altında olduğunu vurğulayır.
Bu narahatlıq 2022-ci il martın 30-da Azərbaycanın azərbaycanlıların yerin altından tapılan insan qalıqlarını nümayiş etdirdiyi videoya baxdıqdan sonra daha da artdığını bildirilir.
Beynəlxalq ictimaiyyətə çağırış edən erməni jurnalist YUNESCO-nu səssizlik nümayiş etdirməkdə ittiham edir və tapılan kütləvi insan məzarlarındakı insan sümüklərinin 1992-ci ildəki Xocalı Soyqrımı zamanı yox, 1918-ci ildə törədildiyini yazır: “Göstərilən sümüklərin hamısı hamar səthə malikdir və bu da arxeoloji mənada onların 30 yaşında deyil, əsrlər əvvəl olması deməkdir”- deyərək, erməni jurnalist televiziyadan gördükləri insan sümüklərinin bir sonrakı cümləsi ilə hansı millətə aid olduğunu da gördüklərini vurğulayır.
Yəni erməni təfəkkürünə görə, tədqiqatlara gərək qalmadan, videoya baxaraq, ermənilər həm cəsədin kimliyini, həm millətini, həm də qətlə yetirildiyi zamanı müəyyən edə bilirlər.
Erməni jurnalist iddia edir ki, guya kulturoloq və arxeoloqların bircə baxışı kifayətdir ki, videoda göstərilən insan kəllə sümüklərinin ermənilərə xas olan armenoid antropoloji tipli braxisefal (dəyirmibaş) quruluşa malik olduğunu görsünlər. Ermənilərin “ilahi bacarıqları” na görə isə guya Azərbaycan əhalisi isə Xəzər antropoloji tipli kəllə sümüyünə, yəni dolixosefal (uzunbaş) quruluşa malikdir.
Göründüyü kimi, ermənilərə görə tədqiqata ehtiyac yoxdur, videodan baxaraq, istənilən aşkar edilən sümüklərin erməniyə aid olduğunu söyləmək olur. Bu sözlər isə əslində erməni tarixinin necə yazıldığını göstərir.
YUNESCO-da, digər beynəlxalq təşkilatlar da ermənilərin bu “ilahi bacarıqları”nı ciddi qəbul edib, onlara sərf edəcək şəkildə qeyri -adekvat hərəkət etmirlər. Bu da, ermənilərin “yalan tarix” yazmaq niyyətlərini realizə etməyə mane olur…
Ülkər Fərmanqızı\voicepress.az\








