Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Voicepress.az Hüriyyət-ə istinadən xəbər verir ki, Ərdoğan və Zelenski Rusiya və Ukrayna heyətlərinin İstanbuldakı görüş zamanı aparılan danışıqları müzakirə ediblər. Görüşdə Ərdoğan, Putin-Zelenski zirvəsinə ev sahibliyi təklifini yeniləyib.
Görüş zamanı Prezident Ərdoğan Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda həyata keçirtdikləri danışıqların, müharibənin dayandırılması və sülhün bərqərar edilməsi istiqamətində həyata keçirilən prosesə təkan verdiyini bildirib.








