Putinin qeyri-qanuni qızı sosial şəbəkədəki hesabını bağladı

8 Mart, 12:29

Rusiya Prezidenti Vladimir Putinin qızı Luiza Krivonoqix sosial İnstagram hesabını sildi.

 Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, Vladimir Putin Ukraynaya müharibə elan etdikdən sonra Luiza Krivonoqix sosial şəbəkədə istifadəçilərin sərt reaksiyaları ilə üzləşib. İnstagramda 100.000 izləyicisi olan 18 yaşlı Luiza dəbdəbəli həyat tərzini nümayiş etdirdiyi hesabını bağlayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya işğalçı müharibəsinin ilk günlərində izləyicilər onu “Şeytanın qızı” və “Müharibə cinayətkarı” sözləri ilə linc etmişdi.

Luiza, Rus mediası tərəfindən 2019-cu ildə Putinin qeyri-qanuni münasibətindən dünyaya gələn qızı elan edilmişdi.