Bu il 94-cü “Oskar” mükafatları, üç ildən sonra ilk dəfə mərasimlə təşkil olundu.
Voicepress.az xəbər verir ki, Los Ancelesdəki Dolby Teatrında Emi Şumer, Regina Hall və Wanda Sayksın aparıcılığı ilə keçirilən mərasimdə kino aləminin ən yaxşıları mükafatlandırılıb.
“CODA” rəqəmsal platforma istehsalı olaraq Ən Yaxşı Film mükafatını qazanaraq “Oskar” tarixinə düşdü.
Cessika Çesteynin ilk dəfə “Ən Yaxşı Aktrisa” mükafatını qazandığı gecə, Ceyn Kampion üçüncü “Ən Yaxşı Rejissor” “Oskarı”nı qazanan qadın oldu.
Qeyd edək ki, CODA-nın baş rol ifaçısı Troy Kotsur, tərəf müqabili Marlee Matlin 35 il əvvəl Oskar qazanan ilk eşitmə əngəlli aktrisadan sonra bu mükafatı alan ilk eşitmə əngəlli aktyordur.
Gənc müğənni Billie Eilish “Ən yaxşı mahnı” mükafatı ilə ilk “Oskar”ını Ceyms Bond haqqında “Ölməyə vaxt yoxdur” filmindəki mahnısına görə aldı. Bu mükafatla o, Beyonsu geridə qoyub.
Uill Smit (King Riçard) “Ən yaxşı aktyor”, Ceyn Kempion isə (“The power of the dog”) “Ən yaxşı rejissor” nominasiyasında qalib elan olunub.
Digər 23 nominasiyalar üzrə qaliblərin siyahısı isə belədir:
Ən yaxşı köməkçi aktyor
Troy Cotsur – “CODA”
Ən yaxşı köməkçi aktrisa
Ariana Debose – “West side story”
Ən yaxşı xarici dildə film
“Drive my car” – Yaponiya istehsalı
Ən yaxşı orijinal ssenari
“Belfast” – Kenneth Branagh
Ən yaxşı uyğunlaşdırılmış ssenari
“CODA” – Sian Heder
Ən yaxşı orijinal musiqi
Hans Zimmer – “Dune”
Ən yaxşı səs effekti
“Dune”
Ən yaxşı montaj
“Dune”
Ən yaxşı vizual effekt
“Dune”
Ən yaxşı operator işi
Greig Fraiser – “Dune”
Ən yaxşı istehsal dizaynı
“Dune”
Ən yaxşı sənədli film
“Summer of soul” (When the revolution could not be televised)
Ən yaxşı qısametrajlı sənədli film
“The queen of basketball”
Ən yaxşı cizgi filmi
“Encanto”
Ən yaxşı qısametrajlı cizgi filmi
“The windshield wiper”
Ən yaxşı qısametrajlı film
“The long goodbye”
Ən yaxşı makiyaj və saç düzümü
“The eyes of Tammy Faye”
Ən yaxşı kostyum dizaynı
Jenny Beavan – “Cruella”