GTT-ı “Qağayı” nı təqdim etdi – Azərbaycan səhnəsində ilk dəfə

28 Mart, 10:23

Gənc Tamaşaçılar Teatrı dahi rus klassiki Anton Çexovun “Qağayı” əsəri əsasında hazırlanan tamaşanı təqdim etdi.

Voicepress.az xəbər verir ki, Bakı Musiqi Akademiyasının Opera studiyasının səhnəsində baş tutan iki hissəli tamaşaya Əməkdar artist Nicat Kazımov quruluş verib.

Tamaşada Əməkdar artistlər Kəmalə Hüseynova, Şövqi Hüseynov, Rasim Cəfərov, aktyorlar Kərəm Hadızadə, Səbinə Məmmədova, Aygün Fətullayeva,  Sevinc Mehrəliyeva, Nurlan Süleymanlı, Araz Pirimov iştirak ediblər.

 

\voicepres\az