Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti martın 30-na kimi davam edəcək.
Voicepress.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayaıb. Bildirilib ki, martın 28-də müşahidə olunan şimal-qərb küləyi 29-da cənub-qərb küləyi ilə əvəz olunacaq, küləyin maksimal sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.








