“Azərbaycanlılar heç bir müdaxilə olmadan erməniləri məhv etməyə davam edir”.
Voicepress.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatı Lukas Furlas Twitter səhifəsində yazıb.
Azərbaycana qarşı növbəti ədalətsiz və qərəzli mövqe tutan Avropa Parlamenti deputatı Lukas Furlas Rusiya-Ukrayna müharibəsinə başları qarışanları ermənilərin məhv edilməsinə diqqət etməyə çağırıb: “Bütün diqqətlər Rusiyanın Ukraynanı işğal etməsində olduğu halda, Dağlıq Qarabağda insan faciəsi davam edir. Azərbaycanlılar heç bir müdaxilə olmadan erməniləri məhv etməkdə davam edirlər. Aİ passiv müşahidəçi kimi qala bilməz”, deyərək Lukas Furlas ittifaqı birganə qalmamağa dəvət edib.
Qeyd edək ki, qərəzli çağırışında Avropa Parlamentinin deputatı Lukas Furlas da, Qarabağın statusun müəyyənləşməsinə baxmayaraq, Qarabağdan “Dağlıq Qarabağ” olaraq bəhs edib.
Xatırladaq ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamaq niyyəti iləbeş təklifdən ibarət təklif paketini göndərib. Təklif paketinə hələ cavab verməyən Ermənistan tərəfindən cəbhə bölgəsində son günlər ciddi şəkildə atəşkəs pozulur. Mövcud vəziyyəti gözardı etmək üçün yenə də qeyri konstruktiv mövqe tutaraq, Azərbaycanı atəşkəsi pozmaqda günahlandırırlar.
Avropa Parlamenti deputatı bu kimi qərəzli fikirləri səsləndirmədən öncə Azərbaycanın Ermənistana təklif etdiyi 5 maddədən ibarət təklif paketinə diqqət yetirmələri gərəkir.
Ülkər Fərmanqızı \voicepress.az\







