Erməni analitikdən növbəti cəfəngiyyat

28 Mart, 23:52

“Bir gün əvvəl Qarabağda vəziyyət o qədər gərgin idi ki, sülhməramlılarla azərbaycanlılar bir-birlərinə atəş açmağa başladılar”.

 Voicepress.az xəbər verir ki, bunu erməni analitik  Argişti Kiviryan mətbuata  müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya həm öz sülhməramlılarının, həm də yerli əhalinin müdafiəsinə razılıq verməsə, vəziyyətin necə olacağını heç kim proqnozlaşdıra bilməz: “Rusiya tərəfi nə qədər çox yumuşaq siyasət yürütsə, vəziyyət onun özü üçün bir o qədər pis olacaq.

Erməni analitik Kiviryan “Fərrux-Qaraqlux” hissəsində vəziyyətin çox gərgin olduğunu bildirib.

“Müəyyən sayda Azərbaycan əsgəri kəndi tərk edib, lakin ümumilikdə onlar, həm Fərrux kəndində, həm də Qaraqlux yüksəkliyinin bölmələrindən birində (digər hissədə Artsax Müdafiə Ordusunun nümayəndələri var) qalırlar.

Xüsusilə Azərbaycan vaxtdan minaatan ekipajlarını öz meydançasına yerləşdirmək üçün istifadə etdiyinə görə vəziyyət hər an partlaya bilər. Bu cür silahlardan istifadə Ermənistan tərəfinin çoxlu itkisinə səbəb ola bilər.

Fərrux  kəndində Rusiya sülhməramlıları var, lakin onlar hələ də bütün Azərbaycan hərbçilərinin öz əvvəlki mövqelərinə qayıtmasını təmin edə bilməyiblər” analitik vurğulayıb.

Onun sözlərinə görə bütün bu proseslər proqnozlaşdırıla bilən idi. Erməni analitik iddia edir ki, Qarabağ məsələsi hələ də, həll olunmayıb. Azərbaycanın Qarabağın digər hissəsi üzərində nəzarəti yoxdur.

“Orada erməni əhalisi yaşayır və azərbaycanlılar öz iddialarından, Artsaxın qalan hissəsi üzərində hökmranlıq etmək cəhdlərindən əl çəkməyəcəklər. Bu baxımdan yerli əhalini təlaş içində saxlayırlar, kəndləri atəşə tuturlar, Qarabağı qazdan, sudan məhrum edirlər, onları işıqdan məhrum etməyə çalışacaqlar, daim irəli getməyə çalışacaqlar”, deyə erməni analitik qeyd edir.

“Bakı indiki hərəkətləri ilə Ermənistanın, Qarabağ hakimiyyətinin, Rusiya sülhməramlılarının, Moskvanın, beynəlxalq ictimaiyyətin reaksiyasını sınamağa, yeni “qırmızı xətlər” yaratmağa və onun hansı istiqamətdə irəliləyə biləcəyini və hansı istiqamətdə getməli olduğunu anlamağa çalışır”, deyərək, erməni analitik Kiviryan,  sözün əsil mənasında erməni cəfəngiyatına əsaslanan fikirlər ortaya qoyur.

Analitik Azərbaycanın Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışması haqda fikirlərin həqiqətə əsaslandığını söyləyir: “Rusiya Ukrayna bataqlığında nə qədər dərinləşərsə, Azərbaycan ikinci cəbhə açmağa bir o qədər həvəsli olacaq. Bu cəbhələrdən biri də Qarabağdır. (Xankəndi nəzərdə tutulur).

Ukrayna rəsmiləri Rusiya üçün Qarabağı və Gürcüstanı ikinci cəbhə olaraq  görmək istədiklərini gizlətmirlər.  Gürcüstanda bundan imtina edildi, Azərbaycan isə susur. Bakı sadəcə olaraq bu çox əlverişli fürsətdən yararlanmağa çalışacaq. Yoxladılar ki, sülhməramlılar qaz məsələsini həll edə bilir, sülhməramlılar isə  qaz məsələsini həll edə bilmir…

Ülkər Fərmanqızı \voicepress.az\