“Şuşa mədəniyyətinin inciləri” layihəsinin növbəti təqdimatı keçiriləcək

28 Mart, 17:12

“Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Şuşanın simaları” bölməsi üzrə növbəti təqdimatı keçiriləcək.

Mədəniyyət Nazirliyindən Voicepress.az-a verilən məluata görə bu ilki təqdimat müsəlman Şərqində ilk operanın banisi, dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, yazıçı, publisist, ictimai xadim, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik, ən məşhur şuşalı Üzeyir Hacıbəyliyə (1885-1948) həsr olunub.