Rusiyalı alimlər Putinə etiraz etdi “Bu müharibə gülünc bir xəyanətdir”

25 Fevral, 20:26

Rusiyanın bir sıra alim və elm sahəsində çalışan araşdırmaçı jurnalistləri Putinin Ukrayna torpaqlarında başlatdığı düşmənçiliyə qarşı  etiraz  edərək açıq məktub yayımlayıb. Məktubu minlərlə elm adamı imzalayıb.

Voice Press.az xəbər verir ki, “Exo”da yayımlanan etiraz məktubunda deyilir:

“Biz rusiyalı alimlər və elmi araşdırmaçılar ölkəmizin silahlı qüvvələrinin Ukrayna torpaqlarında başlatdığı düşmənçiliyə qarşı protesto elan edirik. Bu ölümcül addım çoxsaylı insan itkisinə yol açmaqda və beynəlxalq təhlükəsizlik sistemini sarsıtmaqdadır. Avropada yeni bir müharibənin başladılması məsuliyyəti tamamilə Rusiyaya aiddir.

Bu müharibənin məntiqli bir  səbəbi yoxdur. Donbasdakı vəziyyəti  hərbi əməliyyat başlatmaq bəhanəsi olaraq istifadə etməyə çalışmaq, hərhansı bir etibar vəd etmir. Onlara qarşı savaş haqsız və mənasızdır.

Urayna bizə yaxın bir ölkə olmuşdur və olmağa da davam etməkdədir. Çoxumuzun Ukraynada yaşayan qohumları, dostları və həmkarları var. Babalarımız, atalarımız və böyük babalarımız Nasizimə qarşı birlikdə savaşdılar. Rusiya Federasiyası liderliyinin geopolitik ambisiyaları uğruna, şübhəli tarixi fantaziyalarından yönləndirilən bir müharibəyə girişmək, onlara qarşı gülünc bir xəyanətdir.

Həqiqətən işləyən demokratik qurumlara sahib Ukrayna dövlətinə hörmətlə yanaşırıq. Qonşularımızın avropalı olma seçimini anlayışla qarşılayırıq. Ölkələrimiz arasındakı münasibətlərdəki bütün problemlərin sülhlə həll oluna biləcəyinə inanırıq.

Müharibəyə başlayan Rusiya özünü beynəlxalq izolyasiyaya, pariya ölkəsi mövqeyinə məhkum etdi. Bu o deməkdir ki, biz alimlər artıq öz işimizi normal şəkildə görə bilməyəcəyik. Nəticədə, digər ölkələrdən olan həmkarlarımızla tam əməkdaşlıq edə bilməyəcəyimiz təqdirdə heç bir elmi araşdırma həyata keçirə bilməyəcəyik.

Rusiyanın dünyadan təcrid olunmasının müsbət gözləntilərinin tamamilə olmadığı bir şəraitdə ölkəmizin daha da mədəni və texnoloji deqradasiyası deməkdir. Ukrayna ilə müharibə  bizi heç bir yerə aparmayacaq addımdır.

Nasizm üzərində qələbəyə həlledici töhfə vermiş ölkəmizin indi Avropa qitəsində yeni müharibənin təhrikçisinə çevrildiyini anlamaq bizim üçün ağrılıdır. Biz Ukraynaya qarşı bütün hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edirik. Biz Ukrayna dövlətinin suverenliyinə və ərazi bütövlüyünə hörmət tələb edirik. Biz ölkələrimiz üçün sülh tələb edirik. Müharibə ilə yox, elmlə məşğul olaq!”