Azərbaycanlı tələbələr kömək istədi: “Səfirlik telefonlara cavab vermir”

26 Fevral, 00:24

Kiyevdə azərbaycanlı tələbələr Azərbaycandan kömək istəyirlər.

 Voice Press.az xəbər verir ki, bu barədə  tanınmış jurnalist  Əzizə İsmayılova  Feysbuk səhifəsində məlumat paylaşıb. O bildirib ki,  Xarkovda yeraltı dayanacağa sığınan 9 azərbaycanlı tələbə çox çətin vəziyyətdə kömək gözləyirlər: “Həm soyuqdan donurlar, həm də acdılar. Səfirliyimizə müraciət ediblər, amma “gözlə” cavabı alıblar. Heç bir səs çıxmır”. Tələbələr bildirib ki, Türkiyədən olan tələbələri öz səfirlikləri gəlib aparıb onlar isə çarəsiz vəziyyətdə gözləyirlər. Çölə çıxa bilmirlər. Əzizə İsmayılova onu da qeyd edib ki, tələbələrdən birinin həyat yoldaşı hamilədir, nə edəcəyini bilmir.

Sözügedən tələbələrin ad və soyadları

Mirzəyev Fuad Elşən oğlu

İsgəndərli Mahmud Əli oğlu

Hacıyev Əli Yusif oğlu

Kərimov Elvin Ruslan oğlu

Əliyev Xanlar Emil oğlu

Fərhadov Tofiq Əflatun oğlu

Dağıstanlı Vüsal Dayandur oğlu

Kazımov Emin Seyidqulu oğlu

Musayev Məmmədəli Səbuhi oğlu

Həsənzadə Nuray Süleyman qızı

 

Tələbələrlə aşağıdakı telefon nömrəsindən əlaqə saxlamaq mümkündür.

+380 636 79 88 89