Vladimir Putin Türkiyəyə gəldi

8 Yanvar, 00:25

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfərə gəlib.

VOİCEPRESS xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti yanvarın 8-i “Türk axını” qaz kəmərinin istismara verilməsi mərasimində iştirak edəcək.

Daha əvvəl Kremlin mətbuat xidmətindən bildirilib ki, Rusiya lideri səfər zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüş zamanı tərəflər Rusiya-Türkiyə əməkdaşlığının gələcək inkişafı, Suriya və Liviyadakı vəziyyət də daxil olmaqla aktual beynəlxalq məsələlər müzakirə ediləcək.