Türkiyədə baş verən yanğında 4 nəfər ölüb, 3 nəfər yaralanıb

14 Yanvar, 11:13

Türkiyənin Niğdə vilayətində Ulukışla rayonunun Hacəkirli kəndindəki evlərdən birində yanğın baş verib.

VOİCEPRESS-in Türkiyə bürosunun xəbərinə görə, dünən gecə saatlarında baş verən yanğın nəticəsində bir ailədən 2-si uşaq olmaqla 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yanğın nəticəsində evin bir tərəfi çöküb.

Faktla bağı araşdırma aparılır.