ABŞ-da atışmada dörd nəfər ölüb

18 Yanvar, 15:23

ABŞ-ın Yuta ştatının Qrantsvill şəhərində atışmada dörd nəfər ölüb, bir nəfər yaralanıb.

VOİCEPRESS-İN xəbərinə görə, bu barədə CNN yerli polisə istinadən məlumat yayıb.

Yanvarın 17-də baş vermiş atışmada yaralanan şəxs xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şübhəli şəxs tutulub.

Araşdırma aparılır.