ABŞ-ın “Boeing” korporasiyası 737 Max təyyarələri üçün hazırlanan proqram təminatında daha bir problem aşkar edib.
VOİCEPRESS-in “Reuters”-ə istinadən xəbər verir ki, müəyyən edilən problem bu tip təyyarələrin uçuşlara qaytarılmasını ləngidə bilər.
Problem bəzi sistem monitorlarının düzgün işləməsini yoxlayan proqram təminatı ilə əlaqədardır.
Xatırladaq ki, “Boeing” 737 Max tipli təyyarələrin uçuşları ardıcıl iki dəfə (Efiopiya və İndoneziyada) baş verən hava qəzalarından sonra bütün dünya üzrə dayandırılıb.