Prezident İlham Əliyev: “Bu il rekord həddə – 294 min ton pambıq yığılıb”

20 Dekabr, 20:50


“Respublika üzrə pambıq yığımı başa çatıb, bu il rekord həddə – 294 min ton pambıq yığılıb, məhsuldarlıq orta hesabla hər hektardan 29,4 sentner təşkil edib”.

VOİCEPRESS xəbərinə görə, bunu Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə deyib.

Azərbaycan Prezidentinin sözlərinə görə, bu, son illərdə pambıqçılığın inkişafı ilə bağlı görülən tədbirlərdən, bu sahəyə dövlət dəstəyindən irəli gəlir.

Prezident İlham Əliyev son illərdə pambıqçılıq sahəsinə xüsusi diqqət göstərildiyini, yeni texnikaların alındığını, dövlət proqramının qəbul olunduğunu diqqətə çatdırıb.

Azərbaycan Prezidenti qeyd edib ki, son 3 ildə 15 min 700 texnika alınıb, bu isə pambığın 87 faizinin texnika ilə yığılmasına imkan verib, suvarma tədbirləri görülüb, fermerlərə güzəştli kreditlər, istehsalçılara subsidiyalar verilib, pambıqtəmizləmə zavodlarında yenidənqurma işləri aparılıb, pambığın satınalma qiymətləri artırılıb: “Hazırda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan əməyə cəlb olunub”.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here