Erməni general: “Sarkisyan 5 rayonu Azərbaycana qaytarmağa hazırlaşırdı”

0
314164


“Serj Sarkisyan Ağdam, Qubadlı, Zəngilan, Füzuli və Cəbrayılı Azərbaycana qaytarmağa hazırlaşırdı”.

VOİCEPRESS xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin konstitusiya, ictimai asayiş və terrorla mübarizə baş idarəsinin keçmiş rəisi, general-mayor Tiqran Barseqyan “Joxovurd” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Sarkisyan ABŞ-ın eks-prezidenti Barak Obama ilə bu məsaələ ətrafında danışıqlar aparıb. Barseqyan Obamanın bunun qarşılığında Ermənistan iqtisadiyyatına 3 milyard dollar yatıracağına söz verdiyini xatırladıb.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here